Sabah Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşür.
Qafqaz Müsəlmanları İdarəsindən NOCOMMENT-ə verilən məlumata görə, qrupa 32 nəfər zəvvar daxildir. Zəvvarların martın 26-da geri dönmələri nəzərdə tutulur.
O da bildirib ki, Ümrə ziyarəti üçün əvvəl tələb edilən PCR testi artıq tələb edilmir, lakin COViD pasportu tələbi yerində qalır.












