Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.












