Son zamanlar Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində olan dəyişikliklərdən sonra son 3 ay ərzində 20-dən artıq notariusun fəaliyyətinə xitam verilib.
NOCOMMENT.az xəbər verir ki, həmçinin 27 noyabr 2025-ci il tarixində Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu Rəşadət Zülfüqar oğlu Sadıqovun fəaliyyətinə xitam verilib.












