Vilayət Eyvazov mayora vəzifə verdi

Vilayət Eyvazov mayora vəzifə verdi

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.

Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.