Bu gün işdən çıxarılan Məhəmməd Hacıyev vəzifədən azad olunması ilə bağlı açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.
“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, – o qeyd edib.













