Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən apellyasiya şikayəti icraata verilib.
NOCOMMENT xəbər verir ki, V.Səfərlinin vəkili Hikmət Əliyev bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Onun sözlərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
V.Səfərli barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.












