Xalq artistindən sensasion BƏYANAT: Məni erotik videolarla şantaj edirlər

Xalq artistindən sensasion BƏYANAT: Məni erotik videolarla şantaj edirlər

Xalq artisti Kazım Abdullayev şantajla üzləşib.

NOCOMMENT xəbər verir ki, bu barədə aktyor özünün feysbuk səhifəsində açıqlama verib.

Kazım Abdullayev deyib ki, son vaxtlar onu erotik videolarla şantaj edirlər: “Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir! Hamınız məni gözəl tanıyırsız! Mənim bu ağır vaxtımda – qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər!

Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm! Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər! Gələn təhdid mesajlarını sizinlə bölüşürəm: Ona görə də mən “Facebook”, “Messenger” və “Whatsapp”ı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər!”