Güclü zəlzələ oldu - Bu ölkədə

Güclü zəlzələ oldu - Bu ölkədə

Peruda 5.3 bal gücündə zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Qurumun məlumatına əsasən, seysmik hadisənin episentri təxminən 310 min nəfər əhalisi olan Pukalpa şəhərindən 49 kilometr şimal-şərq istiqamətində yerləşib.

Yeraltı təkanların ocağı 152 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat daxil olmayıb.