Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.
NOCOMMENT xəbər verir ki, bu barədə səfir tviter hesabında paylaşım edib.
“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, – deyə o vurğulayıb.












