Xəzərdə ZƏLZƏLƏ

Xəzərdə ZƏLZƏLƏ

Xəzər dənizində zəlzələ olub.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar dünən yerli vaxtla saat 23:24-də saat 3,8 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.