XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu – FOTO

XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub.

NOCOMMENT xəbər verir ki, modern-in əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.

XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.