Xırdalanda yaşayış binasında yanğın söndürülüb, hadisənin səbəbi məlum olub

Xırdalanda yaşayış binasında yanğın söndürülüb, hadisənin səbəbi məlum olub

Xırdalanda yaşayış binasının qarajında baş verən yanğın söndürülüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, yanğına binanın elektrik qutusundakı qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və sakinlər təhlükəsiz əraziyə təxliyə ediliblər.

Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb.

Hadisə zamanı xəsarət alan olmayıb.