Xəbər verildiyi kimi, dünən Xocalıya növbəti köç olub.
NOCOMMENT.az xəbər verir ki, Xocalıya çatan sakinlər xoşagəlməz halla qarşılaşıblar.
Redaksiyamıza daxil olan məlumata əsasən, şirkət mənzilləri təhvil verməli olduğu vaxta çatdıra bilməyib. Evlərin hələ hazır olmadığını görən sakinlərin bir hissəsi geri qayıdıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, məlumatlarına görə problemin aradan qaldırılması üçün addımlar atılır.












