Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.
NOCOMMENT trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.
“Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək” – deyə G.Məmmədova bildirib.












