Ölkəmizdə fəaliyyət göstərən 22 bankın idarə heyətində ümumilikdə 99 nəfər yer alır. Onların da cəmi 10-u qadındır.
NOCOMMENT.az olaraq, idarə heyətində qadınların yer aldığı bankları və onların rəhbər heyətində təmsil olunan xanımları təqdim edirik:
1. “Kapital Bank”
Fərqanə Məmmədova – İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı
2. “Yelo Bank ASC”
Günay Cəlilova – İdarə Heyəti sədrinin müavini
3. “AFB Bank”
Quliyeva Lalə – İdarə Heyəti Sədrinin müavini.
4. “Bank Avrasiya”
Səbinə Abbasova – Baş Əməliyyat İnzibatçısı, İdarə Heyətinin üzvü
Aynur Şıxıyeva – Baş Hüquq və İnsan Resursları İnzibatçısı, İdarə Heyətinin üzvü
Hürü Salxayeva – Baş Maliyyə İnzibatçısı, İdarə Heyətinin üzvü
5. “Xalq Bank”
Natella Şahverdiyeva – İdarə Heyətinin sədri – Baş icraçı direktorun birinci müavini
Rumiyə Məmmədova – İdarə Heyətinin sədri – Baş icraçı direktorun müavini, Baş informasiya texnologiyaları inzibatçısı
Nigar Biləndərli – İdarə Heyətinin sədri – Baş icraçı direktorun müavini, Baş kommersiya inzibatçısı
6. “YapıKredi Bank”
Şəhla Səmədova – “Yapı Kred Bank Azərbaycan” QSC-də Əməliyyat Qrupu üzrə Baş direktorun müavini, İdarə Heyətinin üzvü.\\Valyuta.az











