Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
Növbəti gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.












