Bu il də yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyinin statistik məlumatlarında bildirilir ki, oğlan adlarında ilk onluqda Uğur adı gəlir- 1569 uşaq artıq bu adı daşıyır.
Bəs valideynlər əsasən hansı mənşəli adlara üz tutur?
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, dilçi alim Baba Məhərrəmli deyib ki, adqoyma Azərbaycanda qanunla tənzimlənir, əgər verilən adlar uşağın cinsinə uyğun deyilsə, gülməlidirsə, qanun bu adların qoyulmasına icazə vermir.
Qız uşaqlarına qoyulan adlar siyahısında isə ilk onluqda Melisa adı gəlir- 1073 körpəyə bu ad qoyulub.
Alimin sözlərinə görə, bəzən valideynlər adqoymada dəbə qaçırlar.
Qeyd edək ki, son beş ildə oğlanlara ən çox Uğur, qızlara isə Zəhra adı qoyulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












