Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz Lifan 620” avtomobilini aşırıb.
DİN-in mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Babək RPİ tərəfindən araşdırma aparılır.












