Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin əməkdaşları arasında təşkil olunan ilk mini futbol turnirinin final mərhələsi təşkil olunub.
NOCOMMENT.az xəbər verir ki, tibb müəssisəsinin əməkdaşlarının iştirakı ilə baş tutan futbol turnirinin keçirilməsinin əsas məqsədi futbol və sağlam həyat tərzinin təşviqi, idmana həvəsin artırılması və daxili kommunikasiyanın inkişaf etməsini təmin etməkdir.
Turnirin gərgin və olduqca həyəcanlı keçən final mərhələsində “Təcili Tibbi Yardım” komandası 7:3 hesabı ilə “GESCO” komandasını məğlub edərək qalib olub.












