17 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

17 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb

NOCOMMENT.azın Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.