Yevlaxda erməni bombası partladı: çoban öldü

Yevlaxda erməni bombası partladı: çoban öldü

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması faciəyə səbəb olub.

NOCOMMENT trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisə yerinə və meyitə baxış keçiriblər, məhkəmə tibb ekspertizası baş tutub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.