Yol TERRORU davam edir: Bakıda daha iki nəfər öldü

Yol TERRORU davam edir: Bakıda daha iki nəfər öldü

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən NOCOMMENT-ə bildirilib ki, hadisə saat 10 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri – “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüblər. Yük maşını isə hadisə zamanı aşıb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır”.