Zəlzələ baş verən əraziyə getmək istəyənlər izdiham yaradıblar

Zəlzələ baş verən əraziyə getmək istəyənlər izdiham yaradıblar

Türkiyənin İstanbul şəhərindən zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə qoşulmaq istəyən minlərlə könüllü İstanbul hava limanına axın edib.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, fəlakət bölgəsinə getmək istəyən könüllülər terminalda uzun növbələr yaradıblar.

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra İstanbul başda olmaqla müxtəlif şəhərlərdən gedən axtarış-xilasetmə qrupları ilə yanaşı AFAD könüllüləri zəlzələ bölgəsinə hərəkət ediblər.