“SpaceX” kosmik turist uçuşları üçün rezervasiyalara başlayıbbackend

“SpaceX” kosmik turist uçuşları üçün rezervasiyalara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “SpaceX” şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yer alıb.

Maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa.

“Dragon” və “Starship” raketlərində baş tutacaq uçuşlar zamanı şirkət kosmik turistləri skafandr, sensor əlcəklər və 3D çaplı dəbilqə ilə təmin edəcək.

Bildirilib ki, hazırda yalnız iki istiqamət üzrə uçuş tarixləri məlumdur. Beləliklə, arzu edənlər 2024-cü ilin sonunda Yer orbitinə, 2025-ci ildə isə BKS-ə çıxa biləcəklər.