SSRİ-nin digər ölkələri də ittifaqa qoşulacaq – Lukaşenkobackend

SSRİ-nin digər ölkələri də ittifaqa qoşulacaq – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ-nin digər respublikaları da İttifaq dövlətinə qoşulacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qubernatorları ilə görüşündə bildirib.

“Sizin sayənizdə bizim praktiki olaraq belə bir əməkdaşlığımız var, Belarus və Rusiya inkişaf etsin deyə, yeni prinsiplər əsasında vahid ittifaq dövləti qurmağa çalışır. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da bu ittifaqa qoşulacaqlar”, – deyə Lukaşenko qeyd edib.

Fevralın əvvəlində Aleksandr Lukaşenko Vladimir Solovyova verdiyi müsahibədə bildirib ki, Ermənistan 10-15 ildən sonra İttifaq dövlətinə daxil ola bilər, çünki bu dövlətin “gedəcək başqa yeri yoxdur”. Bundan sonra Belarus səfiri izahat üçün Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az