Sudanda atəşkəs daha beş gün uzadıldıbackend

Sudanda atəşkəs daha beş gün uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda ordu qüvvələri ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmaya son qoyan atəşkəs qərarı daha 5 gün uzadılıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanından verilən açıqlamalarda atəşkəs qərarının müsbət qarşılandığı qeyd edilərkən, atəşkəsin uzadılması qərarının daha çox humanitar yardım və əsas xidmətlərin göstərilməsi və uzunmüddətli atəşkəsin müzakirəsi üçün vaxt yaradacağı bildirilib.

ABŞ-ın Xartumdakı səfirliyinin “Twitter” hesabından verilən açıqlamada, “Səudiyyə Ərəbistanı və ABŞ, Sudan ordu qüvvələri və HDK-nın atəşkəs razılaşmasını daha 5 gün uzatmasını alqışlayır” ifadələri qeyd olunub.

Açıqlamada mayın 20-də imzalanan atəşkəsin tam yerinə yetirilməsə də, ehtiyacı olan təxminən 1 milyon Sudanlıya humanitar yardımın çatdırılmasını təmin etdiyi və daha çox humanitar səylərin göstəriləcəyi bildirilib.

NOCOMMENT.AZ