Sudandakı münaqişə səbəbindən 200 min insan ölkəni tərk edibbackend

Sudandakı münaqişə səbəbindən 200 min insan ölkəni tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Olqa Sarrado aprelin 15-dən bəri Sudanda ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmalar səbəbindən təxminən 200 min insanın ölkəni tərk etdiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, BMT-nin Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.

Sarrado bildirib ki, Sudanda dördüncü həftədir davam edən qarşıdurma səbəbindən təxminən 200 min insan ölkəni tərk etmək məcburiyyətində qalıb.