Sudandakı qarşıdurmada 30 yeni doğulmuş körpə öldübackend

Sudandakı qarşıdurmada 30 yeni doğulmuş körpə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Sudanda qarşıdurma başlayandan bəri 30 yeni doğulmuş körpənin xəstəxanalarda öldüyünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

BMT təşkilatlarından əldə edilən məlumata görə, son bir həftədə 6 yeni doğulmuş körpənin həyatını itirdiyini bildirən Düjarrik bunun ölkədə humanitar vəziyyətin gəldiyi nöqtəni göstərdiyini qeyd edib.

Düjarrik bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Sudanda münaqişə başlayandan bəri 30 yeni doğulmuş körpə ölüb.

NOCOMMENT.AZ