Sumqayıtda 8 nömrəli məktəb direktoru ilə bağlı ciddi iddialar – REGİOANAL İDARƏ NİYƏ SUSUR?backend

Sumqayıtda 8 nömrəli məktəb direktoru ilə bağlı ciddi iddialar – Regional idarə niyə susur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin direktoru Şəlalə Məmmədova ilə bağlı valideynlərin sosial şəbəkələrdə səsləndirdiyi şikayətlər ictimai rezonans doğurub. Nəticədə məsələ Elm və Təhsil Nazirliyinin nəzarətinə keçib və məktəbdə ciddi yoxlamalara başlanılıb.

NOCOMMENT.az bakunews.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşdıqları narazılıqlar fonunda Abşeron-Xızı Regional Təhsil İdarəsində yaradılmış monitorinq qrupu tərəfindən 8 nömrəli tam orta məktəbdə aparılan yoxlamalar bir sıra ciddi qanunsuzluqları üzə çıxarıb.

Monitorinq nəticələrinə əsasən, məktəbdə dərslərin, dərnəklərin və fakultativ məşğələlərin düzgün təşkil edilmədiyi, bəzi hallarda isə ümumiyyətlə keçirilmədiyi məlum olub. Həmçinin, dərs əvəzetmələrinin formal şəkildə sənədləşdirilərək bəzi müəllimlər arasında ədalətsiz şəkildə bölüşdürülməsi nəticəsində maliyyə pozuntusuna yol verildiyi və bunun dövlətə külli miqdarda ziyan vurduğu bildirilib.

Narazılığ təkcə təşkilati məsələlərlə bitmir. İddia edilir ki, 10-cu və 11-ci siniflərdə təhsil alan şagirdlərin bir çoxu uzun müddətdir dərslərə davam etmirlər və bu, məktəb rəhbərliyi tərəfindən görməzlikdən gəlinir.

 

Qeyd edək ki, Şəlalə Əkrəm qızı Məmmədova 2019-cu ildə Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə direktor təyin olunub. Onun rəhbərliyi dövründə məktəbdə yaranan bu cür neqativ hallar təhsil ictimaiyyətində də narahatlıqla qarşılanıb.

Tələb aydındır: məktəbdə şəffaflıq təmin olunmalı, şagirdlərin təhsildən yayınması hallarına qarşı ciddi tədbirlər görülməlidir. Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən Şəlalə Məmmədova ilə bağlı müvafiq qərarın qəbul ediləcəyi gözlənilir.

8 nömrəli məktəbin direktoru ittihamlara cavab verdi: “8 nömrəli məktəbin direktoru Şəlalə Məmmədova barəsində irəli sürülən ittihamlarla bağlı açıqlama verib. Direktor bildirib ki, məktəbdə yalnız Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDA) tərəfindən yoxlama aparılıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən isə hər hansı bir yoxlama keçirilməyib.

Şəlalə Məmmədovanın sözlərinə görə, aparılan yoxlama zamanı məktəbin fəaliyyətində heç bir nöqsan aşkar olunmayıb.”

Lakin apardığımız araşdırmalardan məlum olub ki, Məktəb direktorunun bildirdikləri həqiqəti əks etmir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDA) tərəfindən yoxlama aparılmaması məlum olub. Direktorun medianın məlumatlarına qarşı açıqlamasının arxasında hansı niyyətin durması isə yalnız özünə məlumdur.

 

Məsələ ilə bağlı Abşeron-Xızı Regional İdarəyə verdiyimiz sorğu isə cavabsız qaldı. Güman edirik məsələ ilə bağlı Regional idarə yoxlamanın səbəbi və aşkarlanmış qanunpozuntuları barədə şəffav məlumat verəcəkdir.