Sumqayıtda bıçaqlanan iki qardaşdan biri öldü

Sumqayıtda bıçaqlanan iki qardaşdan biri öldü

Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

NOCOMMENT.az APA-nın yerli bürosuna istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub.

Belə ki, bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlardan biri hadisə yerində ölüb. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlə bıçaqlananlardan biri qardaşdır.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.