Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Şəhərin memarlıq və şəhərsalma siyasətinə rəhbərlik edəcək yeni şəxs müəyyənləşib.
NOCOMMENT.az xəbər verir ki, Fərid Məzahir oğlu Ərşadlı Sumqayıt şəhərinin baş memarı vəzifəsinə təyin edilib. Yeni baş memar artıq kollektivə təqdim olunub və vəzifəsinin icrasına başlayıb.

Məlumat üçün bildirək ki, bu təyinata qədər sözügedən məsul vəzifəni Rəşad Əhmədəliyev icra edirdi.
Sara,
NOCOMMENT.az









