Suraxanı icra başçısı şəhid anasını çıxılmaz duruma saldı – FOTOFAKTbackend

Suraxanı icra başçısı şəhid anasını çıxılmaz duruma saldıFOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidimizin doğum günündə biabırçılıq yaşanıb. Söhbət 21 yaşında şəhidlik zirvəsinə ucalan leytenant Samir Əliheydər oğlu Əliyevin anım mərasimindən gedir.

NOCOMMENT.az xəbər verir ki, bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi keçirilib.

Açılış mərasiminə qatılan icra başçısı Əziz Əzizov şəhidin doğum gününün şərəfinə fotosunun və adının həkk olunduğu tortu ailəsinə təqdim edib.

Bununla bağlı sosial şəbəkə hesabında Baku tv-nin rəhbəri Orxan Məmmədov paylaşım edib.

Fotoda şəhid leytenantın anasına oğlunun hərbi geyimdə fotosunun həkk olunduğu tortun kəsilməsi üçün bıçaq uzadılıb. Ana çarəsiz halda fotoya baxaraq nə edəcəyini bilməyib.

Sözügedən paylaşım sosail mediada ciddi müzakirələrə yol açıb və şərhlərdə Suraxanı Rayon İcra Hakimiyyətinə sərt tənqidlər ifadə edilib.

Məsələ ilə bağlı Suraxanı Rayon icra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb./Bizim.Media

şəhid Samir Əliyev
şəhid Samir Əliyev