Surət Hüseynovun nəşi gecə saatlarında Türkiyədən Bakıya gətirilib.
NOCOMMENT.az qafqazinfo-ya istinadla xəbər verir ki, keçmiş baş nazirlə yaşadığı evdə vida mərasimi keçirilib.
Surət Hüseynov Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.