Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.
NOCOMMENT.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.
Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.
Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.