Suriya üçün 4-görüş hazırlıqları: İran da iştirak edəcəkbackend

Suriya üçün 4-görüş hazırlıqları: İran da iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Suriya ilə bağlı dördtərəfli görüşlə bağlı, “İran da Türkiyə, Rusiya və Suriya ilə danışıqlara qatılacaq” dedi.

NOCOMMENT xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı keçirib.

Suriyaya yardım üçün hava sahəsinin açıldığını bildirən Çavuşoğlu:

“Birləşmiş Millətlər Təşkilatının yardımları fasiləsiz davam edir. Biz də hava məkanımızı Suriyaya humanitar yardım gətirmək istəyən təyyarələrə açdıq. Suriyalı qardaşlarımıza biganə qalmadıq, əlimizdən gələn dəstəyi verdik. Verməyə davam edəcəyik.”