Şuşa Azərbaycanındır – deyən erməni qadın hədəfdə – VİDEObackend

Şuşa Azərbaycanındır – deyən erməni qadın hədəfdə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “artsax”ın deyə qeyd edib) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.

“Nikol Paşinyanın 1 mart mitinqində – “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur”, – deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, – deyə erməni mediası yazıb.