Şuşada hərbçi qalıqları Ermənistana TƏHVİL VERİLDİbackend

Şuşada hərbçi qalıqları Ermənistana TƏHVİL VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda ölən daha bir erməni hərbçinin cəsəd qalıqları qarşı tərəfə təhvil verilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, cəsəd qalıqları Şuşa şəhəri yaxınlığında erməni tərəfinə verilib.

Ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, indiyədək Qarabağda tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 670-ə çatıb.