Taliban elan etdi: Əfqanıstan İslam Əmirliyi quruldubackend

Taliban elan etdi: Əfqanıstan İslam Əmirliyi quruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Əfqanıstanın İngiltərə müstəmləkəçiliyindən qurtulmasının ildönümündə – Müstəqillik Günündə Əfqanıstan İslam Əmirliyinin qurulduğunu elan edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid açıqlama verib.

ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökumətini məğlub edən Taliban paytaxt Kabilə girdikdən 4 gün sonra dövlət quruluşunu bəyan edib.

Qeyd edək ki, 1996-2001-ci illərdə Talibanın Əfqanıstandakı hakimiyyəti dövründə də ölkənin adı Əfqanıstan İslam Əmirliyi olaraq dəyişdirilmişdi.

Taliban qurucularından Molla Əbdülqani Bəradər dünən Qətərin paytaxtı Dohadan Əfqanıstana qayıtmışdı.