Taliban terror təşkilatları siyahısından çıxarılacaq?backend

Taliban terror təşkilatları siyahısından çıxarılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müvafiq idarələri “Taliban” hərəkatını terror təşkilatı siyahısından çıxarılması məsələsini nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Taliban hərəkatının terror təşkilatı statusundan çıxarılmasına gəlincə, bu məsələ Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Ədliyyə Nazirliyi və Rusiyanın digər müvafiq qurumları tərəfindən araşdırılır. Yekun qərarı ölkənin ali siyasi rəhbərliyi verəcək”,- deyə Rusiya XİN-dən bildiriblər.

Aprelin 1-də Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bəyan edib ki, Əfqanıstan Taliban hərəkatının nümayəndə heyəti Rusiya-İslam Dünyasında iştirak etmək üçün dəvət olunub.

Kabulov əlavə edib ki, Rusiya Federasiyası ilə Taliban hökuməti arasında terrorla mübarizə sahəsində əməkdaşlıq “müntəzəm əsaslarla həyata keçirilir”.