Tatoyan Azərbaycana verilən erməni ərazilərini gündəmə gətiribbackend

Tatoyan Azərbaycana verilən erməni ərazilərini gündəmə gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ombudsmanı Arman Tatoyan müharibədən sonrakı demarkasiya işləri nəticəsində yerli vətəndaşların mülkiyyət hüququnun pozulduğunu iddia edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Tatoyan bu gün keçirdiyi mətbuat konfransında Sünik vilayətinin itirdiyi ərazilərdən danışıb.

“Məsələn, Xoznavar (Xəzinəvar) və Xnatsaxın (Xanyurdu) daxil olduğu Tex icmasında itirdiyimiz 2000 hektardan çox xüsusi mülk var. Şurnuxda 11 ev Azərbaycana təhvil verilib, Vorotanda (Urud) 326 hektardan çox ərazi özəl və icma mülkiyyəti sayılan torpaqlardan məhrum edilib”, – deyə Tatoyan bildirib.

O həmçinin Əgərək kəndində insanların 60 hektar özəl icma torpağından, Yeğvardda isə 110 hektar əkin sahəsi və 50 hektar otlaq, Çakatendə 30 hektar əkin sahəsi və 25 hektar otlaqdan məhrum edildiklərini söyləyib.

Eyni problemin Geğarkunikdə də yaşandığını söyləyən Tatoyan insanların təzminat almaq hüququna malik olduğunu və məsələnin guya Azərbaycan hökumətinin təzminat borcu kimi dəyərləndirilməli olduğunu qeyd edib. Tatoyan bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyini və “onların bu məsələyə hüquqi don geydirmək üzərində düşündüklərini” də vurğulayıb.