TƏCİLİ! Bu ölkənin prezidentinə SUİ-QƏSD edildibackend

TƏCİLİ! Bu ölkənin prezidentinə SUİ-QƏSD edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madaqaskar Prezidenti Mikael Randrianirina və onun həyat yoldaşına sui-qəsd cəhdi olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sözügedən ölkənin Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Harri Loran Rahadzason məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında beş dron prezidentin iqamətgahı üzərində uçuşlar həyata keçirib. Dövlət başçısının təhlükəsizlik xidmətinin müdaxiləsindən sonra PUA-lar ərazidən uzaqlaşdırılıb.

Madaqaskar rəsmisi hadisə ilə bağlı istintaqın başlandığını bəyan edib.

O qeyd edib ki, söhbət sursat daşıya bilən dronlardan deyil, yaşayış yerini və hər otaqdakı insanların sayını izləmək üçün infraqırmızı müşahidə vasitələri ilə təchiz olunmuş PUA-lardan gedir.

Administrasiya nümayəndəsinin fikrincə, baş verənlər Madaqaskar rəhbərliyinin ölkəyə yanacaq tədarükü mənbələrini şaxələndirmək niyyətindən narazı olan xarici qüvvələrin qorxutma cəhdindən irəli gələ bilər. O, həmçinin ölkənin kəşfiyyat xidmətlərinə müəyyən qüvvələrin aprelin 18-də parlament binasını yandırmaq niyyəti barədə məlumat daxil olduğunu bildirib.

Qeyd olunur ki, aprelin əvvəlində Madaqaskar hakimiyyəti 13 nəfəri dövlət çevrilişi planlaşdırmaqda və prezidentə sui-qəsd hazırlamaqda ittiham edib. /oxu.az/