Təhlükəsizlik Konfransında Türkiyəni o təmsil edəcəkbackend

Təhlükəsizlik Konfransında Türkiyəni o təmsil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın 60-cı Münhen Təhlükəsizlik Konfransında ölkəsini təmsil edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, İbrahim Kalın xarici ölkələrdən olan həmkarları ilə kəşfiyyat diplomatiyası çərçivəsində ikitərəfli müzakirələr aparacaq.

Görüşlərdə regional və qlobal problemlər, terrorla mübarizə, Qəzza zolağındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, kiber və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri də müzakirə olunacaq.