Aleksandar Vuçiç: “Münhen Təhlükəsizlik Konfransının məqsədi artıq sülh deyil”backend

Vuçiç: “Münhen Təhlükəsizlik Konfransının məqsədi artıq sülh deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 16-18-də keçirilən Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, beynəlxalq aktorlar artıq sülhə nail olmaq üçün çalışmırlar.

NOCOMMENT.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç TASS-a müsahibəsində bildirib.

“Mən dəfələrlə Münhen konfransında olmuşam. Düşünürəm ki, bir şey öyrənmək üçün ilk növbədə Qərb dünyasının necə düşündüyünü görmək, eşitmək, həm də müxtəlif fikirləri dinləmək vacibdir. Bu dəfə çox şey gördüm, amma sülhə doğru innovativ və ixtiraçı həll yollarına səbəb ola biləcək kifayət qədər nəticələr yox idi. Düşünürəm ki, sülh sözü bütün dünyada arzuolunmaz sözə çevrilib”, – deyə Vuçiç bildirib.

Serbiya lideri konfrans iştirakçılarının davranış modelini futbol azarkeşləri ilə müqayisə edib.

“Biz həmişə azadlığımızı, düşünmək hüququmuzu müdafiə etməliyik, müstəqil qərarlar qəbul etməliyik və xalqımızın maraqlarına uyğun qərarlar qəbul etməliyik”, deyə Vuçiç fikrini yekunlaşdırıb.

Serbiya prezidenti onu da bildirib ki, Qərbin təzyiqlərinə baxmayaraq, Belqrad Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcək.