Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ

Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ

Sabahdan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.

Eyni zamanda 1-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Xatırladaq ki, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.