Nazilə Səfərlidən "Arzum"un həbsinə ŞOK REAKSİYA - VİDEO

Nazilə Səfərlidən "Arzum"un həbsinə ŞOK REAKSİYA - VİDEO

"İndi tutduranlar yəqin ki, bu gün çox sevinirlər. Yəqin ki, rahat yatarsız. Yaxşı oğlanın dustağı olmaz bu arada, onu da deyim sizə."

NOCOMMENT.az xəbər verir ki, tanınmış şair Nazilə Səfərli sosial şəbəkədə 'Arzum' ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsi xəbərinə sərt reaksiya verib.

"Amma yenə də inada da. Yəni, bu düşmən uğrunda qələbədir axı. İnsanın bir uğuru olmalıdı da bu həyatda. Bu da sizin uğurunuz oldu. O gözə görünməz var ha, çox yaxındı, o özünü sizə göstərəcək." , - deyə N.Səfərli bildirib

Şair şəxsi sosial şəbəkə hesabında paylaşdığı videoda qarşı tərəfi barışıq addımı atmamaqda və 4 uşaq anasını amansızcasına həbs etdirməkdə günahlandırıb. Nazilə Səfərli yaydığı video müraciətdə məhkumun 4 övladının anasız qaldığını vurğulayaraq zərərçəkmiş tərəfə səslənib: 'Arzunu müdafiə eləmirəm. Amma o 4 balanı ki anasız qoydunuz, şikayətinizdən əl çəkmədiniz. Tərəfin biri dünyasını dəyişib deyə o qız tutuldu. Qanun pozuntusu filan yoxdur, amma bağışlaya bilərdiniz. Bağışlamaq üçün ürək lazımdır, ürək. Yoxdur sizdə. Bir can gedirsə, bir can da yatmalıdır deyə inad elədiniz'.

Səfərli qəzanın əsl səbəbinin sürət həddinin aşılması olduğunu iddia edərək bu həbsin arxasında sadəcə bir inad və qisas hissinin dayandığını bildirib.