Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Türkiyə-İtaliya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə lideri, ölkəsində keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümid etdiyini bildirib.











