Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu

Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1145 manat təşkil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin məlumatına əsasən, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 610 manat təşkil edib.

"Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək.

Qeyd olunan fənlər üzrə 4620 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib", - məlumatda qeyd olunub.