Sabah – iyunun 12-də Azərbaycanda Son Zəng keçiriləcək.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov NOCOMMENT.az-a bildirib ki, Son Zəng tədbirləri sabaha planlaşdırılıb.
“Lakin karantin rejimi olduğuna görə ənənəvi formada deyil, bu dəfə Son Zəng onlayn keçiriləcək. Tədbirin bu tarixdə keçirilməsinin səbəbi isə iyun ayının 12-nin sonuncu iş günü olmasıdır”, – deyə C.Valehov qeyd edib.












