Tələbələr üçün yararlı ucuz evlərin sayları çox azdır – Açıqlamabackend

Tələbələr üçün yararlı ucuz evlərin sayları çox azdır – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin, ali təhsil müəssisələrinin əyani və  ya onlayn formada tədris ediləcəyi hələ də məlum olmayan məsələlərdən biridir. Prosesin uzanması kirayə evlərdə yerləşəcək tələbələri, eləcə də valideynləri olduqca narahat edən problemlərdən biridir. 

“Paytaxda yeni pilot layihələrin həyata keçirilməsi ilə bağlı həyət evlərinin və beşmərtəbəli binaların söküntü işləri aparılır. Buna görə də universitetlərə yaxın ərazilərdə ucuz fərdi həyət evlərinin sayı olduqca azalıb. Eyni zamanda sökülən ərazilərdə yaşayan şəxslər də ən az 2 il müddətinə kirayədə yaşayırlar. Tələbələr üçün yararlı ucuz evlərin sayları çox azdır”.

Bu  sözləri NOCOMMENT.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

“Tələbələrə bu kimi problemlərin yaranmaması üçün yataqxanaların yenidən bərpa edilməlidi. Hansı ki, o binalarda indiyə kimi məcburi köçkünlər məskunlaşmışdılar”

Qeyd edək ki, ali təhsil müəssisələrində tədris 15 sentyabrdan bərpa ediləcək.

 

Nərmin Vüqarqızı