Təranə Qumral qarğış etdibackend

Təranə Qumral qarğış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən ay müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini açıqlamışdı.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Nazənin isə qalmaqal yaşadığı cütlüyün reklam xatirinə yalan danışdığını iddia etmişdi. Bu gün “Həmin Zaur” verilişində qonaq olan Təranə Qumral onu yalan danışımaqda ittiham edən həmkarına belə cavab verib:

“Hər kəs ki, yalandan özünə xəstəlik adı qoyursa, buradan deyirəm və özü də bilir ki, ismarıcım kimədir. Allah özünün canına xəstəlik qismət etsin”.

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan “Bazar səhəri” verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.